reklam
“Azərbaycan milli komandasını məhv etdik”

“Arzuladığımız mövqedə ola bilərik. Bunu Azərbaycanla oyunda sübut etdik. Keçirdiyi üç oyunda bir qol belə buraxmayan komandanı məhv etdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin üzvü Oliver Norvud DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinə 4:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı danışarkən deyib.

Futbolçu Almaniya millisinin qrupun bir nömrəli komandası olduğunu bildirib: “Hesab edirəm ki, qrupda kimsə onların qarşısını ala bilməyəcək. Bizə gəlincə, hazırda ikinci yerdəyik. İndi elə etməliyik ki, qarşıdakı oyunlarda mümkün olan ən çox xalı toplayaq”.