reklam
Adil Şükürov: "3 xal qazanmaq üçün əlimizdən gələni etdik"

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçı ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, görüşdən sona "qartallar"ın baş məşqçisi Adil Şükürov oyunla bağlı fikirlərini səsləndirib:

“Liderə qarşı oynayırdıq. Biz layiq olduğumuz qələbəni qazanmaq istəyirdik. Qol vurmaq imkanlarımız oldu, amma istifadə edə bilmədik. Uduzmağımızın əsas səbəbi də bu oldu. Məşqlərdə bu problemin üzərində işləməliyik. Bu gün 3 xal qazanmaq üçün əlimzdən gələni etdik”.

Adil Şükürov bildirib ki, qapılarına qol vurulmazdan əvvəl futbolçuları Cavid Tağıyevə qarşı hərəkətin qayda pozuntusu olduğunu zənn ediblər:

“Amma belə deyilmiş. Hakim epizoda yaxın idi. O epizodda qayda pozulmuşdusa belə, futbolçularımız dayanmalı deyil, axıra qədər oynamalı. Oyunçularımızın diqqətsizliyi qapımıza qolun vurulmasına gətirib çıxardı”.