reklam
"Futbolçularımız başa düşürdü ki, 3 xal vacibdir”.

“Bizim üçün vacib olan 3 xal qazandıq. “Zirə” oyundan oyuna daha yaxşı futbol sərgiləyir. Rəqibi yaxşı analiz etmişdik. Gözəl qol vurub, bizə lazım olan qələbəni qazandıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov 1-0 qələbə qazandıqları “Zirə” ilə görüşdən sonra deyib.

Məşqçi, bu gün komandanın hücum xəttində zəif çıxış edən Dabo və Ruslan Qurbanovun oyunundan söz açıb: “Dabo zədəsini yeni sağaldıb. Ruslan bu gün istəkli idi. Deməzdim ki, o, pis oynadı. Aqressiv idi. Qol vurmaq imkanlarımız var idi. Əgər Ozobiçin qolu olmasaydı, başqa futbolçumuz lazım olan qolu vuracaqdı. Çünki futbolçularımız başa düşürdü ki, 3 xal vacibdir”.

Sənan Qurbanov sonda, baş məşqçi Roman Qriqorçukun matçı tribudan izləməsinin komandanın oyununa təsir etdiyini qeyd edib: “Amma o, matçdan əvvəl lazımi tapşırıqlarını vermişdi. Onun baş məşqçi olduğu dönəmdə futbolçularımız nə etmək lazım olduğunu gözəl bilir”.