reklam

Azərbaycan Premyer Liqasının 12-ci turu üçün azarkeş sayı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, baş tutan 4 qarşılaşmanı ümumilikdə 2700 tamaşaçı tribunadan izləyib.

Turun rekord göstəricisi "Sumqayıt" - "Neftçi" görüşünə məxsusdu. Sumqayıtda keçirilən, iki qolun vurulduğu və meydan sahiblərinin qələbəsi ilə başa çatan qarşılaşmanı tribunadan 1300 azarkeş izləyib. 

Maraq üçün qeyd edək ki, ölkəmizi avrokuboklarda təmsil edən, çempionluqa iddialı klublarımız “Qarabağ” və “Qəbələ”nin birlikdə ev oyununda bundan az sayda azarkeş qeydə alınıb.

Turun ikinci ən yaxşı göstəricisi isə "Qarabağ" - "Kəpəz" qarşılaşmasında qeydə alınıb. "Azərsun Arena"da baş tutan və meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan matçı tribunalardan cəmi 600 azarkeş izləyib.

Çempionluqa iddialı "Qəbələ"nin "Zirə" ilə ev matçına gələn azarkeşlərinin sayı da elə çox deyil. Bir qolun vurulduğu görüşə Qəbələ şəhər stadionunda cəmi 500 tamaşaçı baxıb.

Turun antirekordu turun son matçında qeydə alınıb. "İnter Arena"da keçirilən və turun ən bolqollu qarşılaşmasını - "İnter"-  AZAL (3:0) oyununu tribunadan 300 tamaşaçı izləyib.

Ümumilikdə sıralama aşağıdakı kimidi:

"Sumqayıt" - "Neftçi" - 1300 tamaşaçı

"Qarabağ" - "Kəpəz" - 600 tamaşaçı

"Qəbələ" - "Zirə" - 500 tamaşaçı

"İnter" - AZAL - 300 tamaşaçı

Cəmi 2700 tamaşaçı

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".