reklam
"Qəbələ" - "Anderlext" matçının hakimi bəlli olub

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun matçları çərçivəsində baş tutacaq "Qəbələ" - "Anderlext" (Belçika) matçının hakim təyinatları açıqlandıb.
 
İdmanxeber.com-un məlumatına görə, görüşü ukraynalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yevgeni Aranovski olacaq.
 
Baş hakim: Yevgeni Aranovski
Yan xətt hakimləri: Sergey Bekker, Oleksandr Voytyuk
Köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Zabçenko
Dördüncü hakim: Semen Şlonçak
UEFA nümayəndəsi: İqor Satki (Moldova)
Hakim-inspektor: Maksimas Beçterevas (Litva)