reklam
"Qəbələ" - "Anderlext" oyununun biletləri satışda

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Anderlext" (Belçika) oyununun biletləri satışa çıxarılır.

İdmanxeber.com-un məlumatına görə, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci km. stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 və 5 manat, VİP sektorlar üçün isə 10 manatdı.


Qeyd edək ki, noyabrın 24-də keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da start götürəcək.