reklam
“Kəpəz” sabah məşqlərə başlayacaq

“Kəpəz” sabah məşqlərə başlayacaq

TARIX /

Topaz Premyer Liqasının 13-cü turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” sabahdan bu oyunun hazırlıqlarına start verəcək. 

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubu həftəboyu Bakıda məşq edəcək. “Sarı-göylər”in noyabrın 22-nə təyin edilən məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Hazırlıq prosesi saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”a qarşı matçdan sonra dünən bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən komanda bu gün istirahətə buraxılıb.