reklam

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, yığıncaqda Topaz Premyer Liqanın XII turunun görüşlərində baş verənlər müzakirə olunub.

Topaz  Premyer Liqasının XII turunun “Qarabağ” – “Kəpəz” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz  Premyer Liqasının XII turunun “İnter” – AZAL matçının 68-ci dəqiqəsində AZAL klubunun  futbolçusu Brian Fok ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.