reklam
Roman Qriqorçuk UEFA tərəfindən cəzalanıb

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Qəbələ" - "Sent Etyen" matçında baş hakim Karlos Del Serroya etiraz etdiyi üçün texniki zonadan uzaqlaşdırılan Roman Qriqorçuk cəzalandırılıb.

İdmanxeber.com-un məlumatına görə, Qriqorçuk 1 oyunluq cəzalandırılıb. O, "Anderlext"lə matçda texniki zonada olmayacaq. Onun yoxluğunda isə köməkçisi Sənan Qurbanov bu işin öhdəsindən gəlməyə çalışacaq.
Qeyd edək ki, "Qəbələ" - "Anderlext" matçı noyabrın 24-də, saat 20:00-da start götürəcək.