reklam

UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar  AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılıb.

Komissiyanın qərarına əsasən "Şahdağ" klubunun" bu işdə şübhəli bilinən bir neçə üzvü araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb.

İdmanxeber.com Qusar klubunun iki futbolçusunun mövqeyini öyrənə bildi.

"Şahdağ"ın futbolçusu Faiq Ağarəhimov qərara belə münasibət bildirib:

"Qardaş, mən bu xəəri biraz olar eşitmişəm. Belə bir şey gözləmirdim. And olsun Allaha ki, belə oyunlarda iştirak etməmişəm. Mən başa düşə bilmirəm, cibimdə 10 qəpik yoxdu, ancaq adım danışılmış oyunlarda hallanır. Əlimi Qurana basaram ki, belə oyunlarda nə iştirak etməmişəm, nə də belə matçların şahidi olmuşam. 15 aydır ki, klubdan qara qəpik də almıram. Burada 1 ay 200 manat maaş aldım, vəssalam. Bu xəbər mənə pis təsir etdi. Əgər belə bir şey varsa mən özüm futboldan çıxıb gedərəm, gözləmərəm. Burada Qusar camaatına görə futbol oynayıram. Ancaq belə şeylər adama pis təsir edir. Mənə sübut etsinlər. Sübut etsinlər ki, mən danışılmış oyunda iştirak etmişəm. Hansısa bir oyunun videosuna əsasən qərar vermək olmaz. Ola bilər bilməyərəkdən bir səhv olsun. Bu o demək deyil ki, bilərəkdən edilib. Yenə deyirəm söyüş söymək düzgün deyil, Qurana əl basaram ki, belə şeylər etməmişəm".

"Şahdağ"ın digər üzvü İqrar Səmədov da üsyan edir. Futbolçu belə bir şeyin olmadığını bildirir:

"Bu xəbəri eşidəndə, güldüm. Komandanın müdafiəçiləri və qapıçısı şübhəli bilinir. Ən gülüncü isə Klubun inzibatçısının guya danışılmış oyunda iştirak etməsidi. Belə bir şey ola bilməz. Bu kişilikdən olmaz. Mən "Şahdağ"dan 1 ildən çoxdur ki, maaş görmüəm. Burada ən yaxşı halda 200 manat pul alırıq. İndi bu qərardan sonra gərək fəhləlik edək. İndi rayondayam, bu qərar məni pis duruma salıb.

Klubun inzibatçısının da adı danışılmış oyunlarda hallanır. Mən başa düşə bilmirəm, inzibatçı necə oyun sata bilər?

Yenə deyirəm, biz belə bir şey etməmişik. Kişi kimi ac da olsa mübarizə aparıb, oynamışıq. Hansısa oyunda ola bilsin ki. səhv etmişik. Bu o demək deyil ki, həmin səhv bilərkdən edilib. İnanırıq ki, araşdırmalardan sonra "təmiz" iolduğumuz üzə çıxacaq".
 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".