reklam
Tanınmış idmançılarımızdan "Qarabağ"a dəstək - VİDEO

Azərbaycanın tanınmış idmançılarının iştirakıyla "Qarabağ" klubuna "Uğurlar, "Qarabağ" adlı dəstək videosu hazırlanıb. 

İdmanxeber.com-un məlumatına görə, ATV kanalının idman jurnalisti Sənan Şəfizadənin təşəbbüsüylə hazırlanan videoda olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, olimpiya və Avropa çempionu Toğrul Əsgərov, beşqat dünya və onqat Avropa çempionu Rafael Ağayev, ikiqat paralimpiya, altıqat Avropa və ikiqat dünya çempionu İlham Zəkiyev çəkilib.

İdmançılar "Qarabağ" klubuna Avropa Liqasının 5-ci turunda Çexiyada keçiriləcək "Slovan"la oyunda uğurlar arzulayıb, onları turnirin pley-off mərhələsində görmək istədiklərini bildirib.