reklam
Dabo: “Anderlext”lə görüşə tam hazıram

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Anderlext”i qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, matçdan öncə keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın hücumçusu Dabo jurnalistlərin suallarını cavablandırıb. Fransız forvard sabahkı qarşılaşmaya hazır olduğunu bildirib:

Görüşə tam hazıram. Bütün bacarığımı ortaya qoyacağam. Zədə üzündən uzun müddət meydana çıxa bilmirdim. Buna baxmayaraq, sabahkı görüşdə əlimdən gələni edəcəm”.

Qeyd edək ki, "Qəbələ" - "Anderlext" qarşılaşması sabah saat 20:00-da "Baksel Arena"da baş tutacaq.