reklam
"Slovan" - "Qarabağ": <strong><font color=#ff0000>Nə qədər bilet satılıb?</font></strong>

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Slovan" - "Qarabağ" oyunu üçün bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Liberetsdə keçiriləcək oyuna maraq böyük deyil. 

Belə ki, satışa çıxarılan biletlərdən yalnız 4000-i satılıb. Oyunun keçiriləcəyi "U Nisi" arenasının 10 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq görüşün dolu tribunalar qarşısında oynanılmayacağı dəqiqdir.

Qeyd edək ki, “Slovan” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.