reklam
"Qarabağ" "Slovan"la matçının hazırlıqlarını tamamladı

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" bu gün səfərdə Çexiyanın "Slovan" komandasının qonağı olacaq. 

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz bu gün qarşılaşmanın keçiriləcəyi "U Nisi" stadionunda son məşqinə çıxıb. Hazırlıq yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla saat 22:00) start götürüb və təxminən 1 saat davam edib.

Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı sabah saat 22:00-da start götürəcək.