reklam
"Qəbələ"nin acınacaqlı məğlubiyyəti

"Qəbələ"nin acınacaqlı məğlubiyyəti

TARIX /

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki iki təmsilçimizdən biri olan "Qəbələ" bu gün keçirdiyi "Anderlext" ilə oyunda qrupdakı ilk xallarını qazanmaq arzusunda idi. Ancaq bu baş tutmadı.

Belə ki, rəqib komandanın 11-ci dəqiqədə vurduğu qol erkən cavab verən "qırmızı-qaralar" oyun boyu rəqibini məğlub etmək üçün kifayət qədər şans yaxalayıb. Ancaq ikinci hissənin gedişində Dabonun zədələnərək meydanı tərk etməsi və Rəşad Eyyubovun hücumları ləngitməsi, bu azmış kimi son dəqiqələrdə qırmızı vərəqə alması komandamızın fərqlənməsinə mane olub.

Rikardinyonun 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməsinin ardından, hakimin ikinci dəfə zərbəni təkrar etməsi və ikinci dəfə qolun vurula bilməməsi "Qəbələ"nin acı məğlubiyyəyətinə səbəb olub.

Təmsilçimiz son dəqiqələrdə qapısında 2 top görüb və 5-ci matçında 5-ci dəfə meydanı başı aşağı tərk edib.

Qeyd edək ki, "Qəbələ" növbəti matçını səfərdə Almaniyanın "Maynts" komandasına qarşı keçirəcək.

 

Avropa Liqası

V tur

24 noyabr 

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) - 1:3 
Qollar:
 Tielemans, 11 (0:1), Rikardinyo, 15 (1:1), Bruno, 90 (1:2), Teodorşuk, 90+4 (1:3)
Qırmızı vərəqə: Rəşad Eyibov, 89 ("Qəbələ", ikinci sarı vərəqə)
Reallaşdırılmayan penalti: Rikardinyo, 75 ("Qəbələ")