reklam
Miçel "Fiorentina" ilə görüşdə iştirak etməyəcək

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madera Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Fiorentina" ilə görüşü buraxmalı olacaq.

İdmanxeber.com-un məlumatına görə, futbolçu hazırda davam edən "Slovan"la matçda sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb.

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı dekabrın 8-i keçiriləcək.