reklam
"Yaxşı oynayıb, məğlub olduq"

"Yaxşı oynayıb, məğlub olduq"

TARIX /

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Qəbələ” – “Anderlext” (Belçika) oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, gənc mütəxəssis bildirib ki, futbolçuların ümumilikdə oyunuonu qane edib

“Sent-Etyen”lə qarşılaşmada olduğu kimi yenə üzücü oyun oldu. Futbolçularımız yaxşı oynadı. Ani diqqətsizlik üzündən qapımızda qollar gördük. “Anderlext” kimi sürətli komanda ilə oyunda buna yol verməyin nəticəsi belə olur. Baş məşqçimiz oyundan öncə də bu barədə futbolçulara xəbərdarlıq etmişdi. Buna baxmayaraq, futbolçularımız ümumilikdə yaxşı oynadı. Biz də ona üzülürük ki, yaxşı oynayıb, məğlub olduq. “Qəbələ” üçün ardıcıl iki mövsüm qrupda oynamaq böyük təcrübədir. Həm ötən il, həm bu il yaxşı oyunlar keçirmişik. Belə təcrübə toplamaqla komandamız irəli gedəcək. Mən köməkçi məşqçiyəm, baş məşqçinin tapşırıqlarını yerinə yetirirəm. O, hər qarşılaşmadan öncə öz göstərişlərini verir. Məğlub olmaq xoş deyil. Görüşü analiz edib, çatışmazlıqları aradan qaldıracağıq. Bu oyunla heç nə bitmir, irəli baxmaq lazımdır. Bu, həm mən, həm komanda üçün təcrübədir. Oyundan öncə penalti olarsa, bu zərbəni Rikardinyo və ya Filip Ozobiçin yerinə yetirəcəyini müəyyənləşdirmişdik. Braziliyalı inamlı şəkildə topu götürüb, dəqiq zərbə ifa etdi. O, ikinci cəhddə də dəqiq oynadı. Amma təkrar zərbə zamanı artıq psixoloji amil özünü göstərdi. Zədələnən Baqali Dabonun durumuna sabahkı müayinədən sonra aydınqlıq gələcək. Ağrılar onun topuğundadır”.