reklam
Vüqar Bəybalayev: "Məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram"

Topaz Premyer Liqasının XIII turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, komandanın üzvü Vüqar Bəybalayev paytaxt təmsilçisi ilə oyun öncəsi fikirlərini bölüşüb:

“Komandamız var gücü ilə qarşıdakı oyuna hazırlaşır. Fikrimiz qələbə qazanmaqla azarkeşləri sevindirməkdir. Sonuncu oyunda da xal qazanmağa yaxın olduq, “Qarabağ”a qarşı matçın ikinci hissəsində yaxşı çıxış etdik. Amma futbolda yaxşı oyuna xal verilmir. Son görüşlərdə qələbə qazana bilmirik, bu vəziyyət bizi də narahat edir. Özümüz də oyunları təhlil edirik. Onu da deyim ki, zədəlilərlə cəzalılarımız da çox olur. Meydana optimal heyətlə çıxa bilmirik. Bu da nəticəyə öz mənfi təsirini göstərir. Heyətlə bağlı vəziyyət yavaş-yavaş düzəlir. Ona görə də “Neftçi” ilə qarşılaşmada məğlubiyyətləri azarkeşlərə unutduracağımıza inanıram. Qazanacağımız qələbə xal ehtiyatımızı artırmaqla yanaşı, turnir cədvəlində mövqeyimizi də yaxşılaşdıra bilər”.