reklam

Noyabrın 27-də Gəncə şəhər stadionunda “Neftçi” ilə üz-üzə gələcək “Kəpəz” doğma meydanda keçirdiyi məşqlə görüşün hazırlığını başa vurub. 

İdmanxeber.com-un məlumatına görə,  “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına matçla bağlı fikirlərini bildirib:

“Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq “Neftçi” ilə oyunlarımız derbi sayılır, tarix boyu belə olub. Düşünürəm ki, qarşıdakı oyun da maraqlı alınacaq.

Hər iki komandaya qələbə lazımdır. Bizdən yuxarıda olan rəqiblərdən çox da aralı düşməmək üçün üç xal qazanmaq vacibdir. Rəqibin yaxşı oyunçuları var, sadəcə, stabillik çatışmır. Gərgin matç olacaq. 

İtkilərimizə baxmayaraq ev oyununu maksimum nəticə ilə başa vurmağa çalışacağıq. Son matçları tam heyətlə oynamaqda çətinlik çəkirik, zədə və ya cəzaya görə bəzi futbolçular bizə kömək edə bilmir. İtkilər komandaya təsir edir, amma bunu minimuma endirməyə çalışacağıq”.