reklam
"Avrokuboklara getmək şansımız var, bundan istifadə edəcəyik" - Elxan Abdullayev

"Kəpəz" - "Neftçi" matçından sonra qonaqların baş məşqçisi Elxan Abdullayevin mətbuat konfransı keçirilib.

İdmanxeber.com xəbər verir ki, mütəxəssis "Neftçi"nin məğlubiyyətini belə izah edib: "Hər iki komandaya 3 xal lazım idi. Hiss olunurdu ki, iki tərəfdə də istək vardı. Futbolda belədi ki, şanslardan istifadə etməlisən".


- "Neftçi" üçün mövsümü bitmiş saymaq olar?

- Belə deməzdim. Qarşıda 15 oyun var. Maksimimum xal yığmalıyıq. Avrokuboklara getmək şansımız var, bundan istifadə edəcəyik.


- Hesabdan başqa sizi nə qane etmədi.

- Müdafiədəki oyun. "Neftçi" hər oyun iki qol buraxıb. Təəssüflər olsun ki, müdafiədə boşluqlar var.


- Bəlkə ən azı bir dəfə psixoloqa müraciət edəsiz ki, komandaya faydası olsun?

- Fasiləyə 1 oyun qalıb. Ustalıq da vacibdi. Razılaşmaq lazımdı ki, "Neftçi" çox zəifdi. Fasiləni gözləyirəm. Dəyişikliklərə ehtiyac var.