reklam
Julien Ebah: "...düşüncələrimdə yanılmadım"

“Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq. Rəqibə qarşı fərqli oyun göstərdik və qol şanslarından maksimum istifadə etdik".



İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Kəpəz"in hücumçusu Julien Ebah "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun saytına açıqlaması zamanı deyib.



Kamerunlu futbolçu matçın çox çətin olduğunu bildirib:

"Ümumiyyətlə, çox çətin qarşılaşma oldu. İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.