reklam
Ruslan Qurbanov: "Oyunun ən yaxşısı Rəhim Həsənov idi"

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.


İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “qırmızı-qaralar”ın futbolçusu Ruslan Qurbanov jurnalistlərə açıqlama verib:


“Oyuna yaxşı hazırlaşmışdıq. Maraqlı və gərgin mübarizə gedirdi. Fikrimcə, tamaşaçılar belə qarşılaşamdan həzz aldılar. Oyunun ən yaxşısı isə Rəhim Həsənov idi. Ona mükafat verilməlidir və bunu gecikdirmək olmaz. Həsənova çempionluq kuboku təqdim olunmalıdır. Top Vitali Vernidubun üzünə dəyib, amma penalti nöqtəsini göstərir. Üstəlik, 7 dəqiqəlik əlavə vaxt oynadıq. Rəqibin bir futbolçusu ayağıma 3-4 dəfə vursa da, sarı vərəqə ilə cəzalanan mən oldum. Belə hakimlərlə Azərbaycan futbolu inkişaf etməyəcək. Artıq öyrəşmişik və bu vəziyyət bizdə ruh düşkünlüyü yaratmayacaq. Növbəti oyunlara hazırlaşacağıq”.(sportal.az)