reklam
Orxan Əliyev: "Oyundan-oyuna təcrübəm artır"

"Kəpəz" Premyer Liqanın 13-cü turunda "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.


İdmanxeber.com-un məlumatına görə, tarixi derbidə qonaqları məyus edən Gəncə klubunun yarımmüdafiəçisi Orxan Əliyev oyunla bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:


“Oyuna qələbə üçün çıxmışdıq və qarşıya qoyulan vəzifənindən öhdəsindən gəldik. Yaxşı komanda olduğumuzu, qalib gələ bildyimizi bir daha göstərdik. Qol vura bildiyimə görə sevinirəm. İmkan düşdü və mən fürsətdən lazımınca yararlandım. Hiss edirəm ki, oyundan-oyuna təcrübəm artır, qarşıdakı görüşlərdə də özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Qolların sayını artırmaq lazımdır”.