reklam

naXOŞ mənzərə

TARIX /

Azərbaycan Premyer Liqasının 13-cü turu üçün azarkeş sayı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, bu turda da ənənə pozulmayıb. Belə ki, təqvimə əsasən "Kəpəz" ev oyunu keçirdiyi turda AZAL da meydan sahibi kimi hansısa rəqibi qonaq qəbul edir. Belə də, bir çox turlarda liderlik Gəncə azarkeşlərinə məxsus olursa, turun antirekordu Şüvəlanda təsdiqini tapır.

Məhz başa çatan XIII turda da eyni mənzərənin şahidi olduq.

Bu turda da ən çox azarkeş Gəncə şəhərində qeydə alınıb. "Kəpəz"in "Neftçi" ilə baş tutan və paytaxt klubunun məğlub olduğu (0:2) görüşünü tribunadan 8350 tamaşaçı izləyib.

Turun ikinci ən yaxşı azarkeş göstəricisi isə Suraxanıda qeydə alınıb. Liderlik savaşı uğurunda keçirilən "Qarabağ" - "Qəbələ" görüşünü "Azersun Arena"dan 3800 azarkeş izləyib.

Çempionluqa iddialı "İnter"in "Zirə" ilə səfər görüşündə isə 1100 tamaşaçı qeydə alınıb.

Turun antirekordu Şüvəlanda olub. “AZAL Arena”da baş tutan AZAL - “Sumqayıt”matçını (1:1) cəmi 150 tamaşaçı izləyib.

Ümumilikdə, turun 4 oyununu 13400 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 3350 tamaşaçı deməkdi.

Sıralama aşağıdakı kimidi:

1. Kəpəz- Neftçi - 8350 tamaşaçı

2. Qarabağ - Qəbələ - 3800 tamaşaçı

3. Zirə - İnter - 1100 tamaşaçı

4. AZAL - Sumqayıt - 150 tamaşaçı

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".