reklam
Gəncədə 3 sindrom: Biri qırıldı, biri təxirə düşdü

“Kəpəz” Gəncədə üzləşdiyi ən uğursuz seriyalardan birini qırıb.

İdmanxəbər.com-un məlumatına görə, qərblilər “Neftçi” ilə ev oyunlarındakı qələbəsizliyə Topaz Premyer Liqasının XIII turunda son qoyub. 2002-ci il fevralın 27-də əldə olunan 2:1 hesablı qalibiyyətdən sonra səfərdə 3 xal qazanmasına baxmayaraq, gəncəlilər evdə bunu bacarmırdı. Öz meydanındakı 8 matçda cəmi 2 heç-heçə edib, 6 dəfə uduzan gəncəlilər əzəli rəqibi ilə duellərdəki sindromu 2:0 hesablı qələbə ilə qırıb.

5387 gündən sonra qırılan sindrom “Kəpəz”in tarixində 3 ən uğursuz ev seriyasından biridir. Ardıcıl 9 oyundur “Qarabağ”ın uduzmadığı Gəncə səfərləri “Bakı” üçün də uğurlu alınıb. Paytaxtın eyniadlı klubu bu səfərlərdə 6 oyundur yenilmir. “Neftçi”dən fərqli, digər iki komanda ilə matçlardakı seriyalar qırılmayıb. Lakin “Bakı” peşəkar liqalarda çıxış etmədiyindən bu seriyanın davamı qeyri-müəyyən zamana təxirə düşüb.