reklam
"Qəbələ"nin tarixində 3-cü

"Qəbələ"nin tarixində 3-cü

TARIX /

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

İdmanxəbər.com-un məlumatına görə, Topaz Premyer Liqasının XIII turunun “Qarabağ”la səfər matçında 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” mövsümdə ilk dəfə xalsız qalıb. Roman Qriqorçukun yetirmələrinin son yenilgisi ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da “Qarabağ”la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzmuşdu. Mayın 11-dəki məğlubiyyətdən sonra “qırmızı-qaralar” keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə etmişdi. 202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. “Qəbələ” 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmamışdı ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə “qırmızı-qaralar” 15 oyundan ibarət seriyaya imza atmışdı.