reklam
Dario Frederiko: "Belə bir şeyin baş verməsinə inanmaq çətin idi"

Braziliyannın “Şapekoense” klubunun təyyarəsinin qəzaya uğraması son günlərin ən kədərli xəbərlərindəndir.

İdmanxeber.com-un məlumatına görə, "Kəpəz"də  çıxış edən braziliyalı futbolçu Dario Frederiko bu barədə klubun rəsmi saytına fikirlərini bölüşüb.

“Braziliya xalqı üçün kədərli günləri yaşayırıq, bu, bütün futbol dünyası üçün faciədir. Xəbəri eşidən kimi sarsıntı keçirdim, əvvəlcə belə bir şeyin baş verməsinə inanmaq çətin idi. Mənim üçün bu haqda danışmaq ağrılıdır. Təyyarə qəzasında həlak olanlardan biri ilə şəxsən tanış idim, yaxın münasibətlərimiz olub. Tiaqo Vieyranı nəzərdə tuturam. Dostumu itirdim, təəssüf edirəm”.