reklam

Sadio Tounkara yenidən Azərbaycan klubunda

TARIX /

AZAL Futbol Klubu daha bir transferi rəsmiləşdirib.

İdmanxəbər.com-un məlumatına görə, Sadio Tounkaranın keçidi nəhayət baş tutdu. Bu gün müqaviləyə imza atan malili futbolçu ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub. Dünən tibbi baxışdan keçən Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq.

Qeyd edək ki, sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyən Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.