reklam
Tərlan Əhmədov: "Bu oyunla heç nə əldə etmək olmaz"

"Komanda üçün çətin oldu. Belə oyunlara hazırlaşmaq motivasiya baxımından çətin olur. Qələbələr qazanmaq bizə çox vacibdir. Hər-halda bu qələbə bizim üçün dönüş nöqtəsi ola bilər. Ümumulikdə, oyundan razı qalmadım. Düzdü, qələbə qələbədi. Amma belə oynamaqla heç nə əldə etmək olmaz”.

İdmanxeber.com-un məlumatına  görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qaradağ Lökbatan"a qalib gəldikləri oyundan (5:1) sonra keçirilən mətbuat konfransında deyib.

Əhmədov bildirib ki, komanda oyuna çox arxayınlıqla çıxıb: "Mən həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdı. İstər "Rəvan”, istər "Qarabağ” olsun, rəqibə hörmətlə yanaşmaq lazımdır. Bunu dəfələrdə komandaya demişdim. Bir daha deyirəm, belə arxayınlaşmaq olmaz. Bunlar bizim üçün çox başağrı ola bilər. Futbol arxayınlığı və rəqibə hörmətsizliyi sevmir”.

T.Əhmədov matçın gedişində məcburi dəyişiklik edib və qapıçı Rəşad Əzizlinin əvəzinə Aqil Məmmədovu meydana daxil edib. O bildirib ki, Rəşadın ciddi zədəsi var: "Rəşadın ağır zədəsi var. Həkimə tapşırıq verdim ki, bütün zədəlilər bərpa olunsun”.

T.Əhmədov komandaya yeni cəlb olunan Sadio Tounkara haqda da danışıb: "Uzun müddətdir futboldan kənardadır. Deməzdim ki, yaxşı vəziyyətdədir. Ancaq onun toparlanacağına inanıram. Çox güman ki, o, "Qəbələ” ilə oyunda meydanda olacaq”.(futbol11.az)