reklam

"Şəmkir"də yeni məşqçi təyinatı

TARIX /

"Şəmkir” klubunda yeni təyinat qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, Premyer Liqaya çıxmaq üçün futbolçularla yanaşı, yeni məşqçilər də komandaya cəlb edilir. Artıq qərb təmsilçisi Mehman Yunusovla anlaşıb. Yunusov baş məşqçi Qəhrəman Əliyevin köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Yunusov "Şəmkir”in həyətində 2 dəfə çempionluq yaşayıb. Onun son iş yeri "Qəbələ” Futbol Akademiyası olub.