reklam
Şahin Diniyev: "Onları bağışlmaq olar"

Şahin Diniyev: "Onları bağışlmaq olar"

TARIX /

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz” "Şahdağ”ı 5:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib: "İlk hissədə istədiyimiz hesabı aldıq. Əvəzedici komandadan cəlb etdiyimiz futbolçulara şans verdik. Biz onları futbolumuza bəxş etmək istəyirik. İkinci hissədə daha çox top saxlamağa çalışdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Amma bəzi arxayınlaşmalar var idi ki, onlar olmamalıdı”.

Mütəxəssis bugünkü oyunda əvəzedici komandadan dəvət edilən futbolçuların oyunu haqda danışıb: "Onlar həyəcanlı idi. Gənclərin meydana daxil olmasından sonra mərkəzdə səhvlərimiz oldu. Ancaq onları bağışlmaq olar. Yenə deyirəm, onlara şans vermək lazımdı. Gələcəkdə həmin səhvləri düzəldəcəklər və daha yaxşı oynamağa çalışacaqlar”.

Diniyev komandasının kubokda yarımfinal şansları barədə də fikir bildirib: "Şanslarımız var. "İnter”lə oyun çox vacibdi. Başa düşürük ki, kubokdan Avropa Liqasına qədər irəliləyə bilərik. Ona görə də, son nəfəsimizə qədər vuraşacağıq”.

Çalışdırıcı zədəli Dario Frederikonun son durumu haqda danışıb: "Darionun damarında yırtıq var. Həkimlər 6 həftə demişdilər, artıq 4 həftə geridə qalıb. Yenə deyirəm, "Kəpəz” Dariodan yox, özündən asılıdı. Onu daha tez bərpa etməyə çalışırıq”.(futbol11.az)