reklam
Rahid Əmirquliyev: "Tarix yaza bilərik"

Rahid Əmirquliyev: "Tarix yaza bilərik"

TARIX /

“Oyuna ciddi hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq, mərhələ adlayaq. Şükürlər olsun ki, istəyimizə nail olduq. Ancaq bizim üçün rahat oyun olmadı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ”ın futbolçusu Rahid Əmirquliyev Azərbaycan kubokunun 1/8 final mərhələsində baş tutan "Qarabağ” – "Səbail” (5:0) oyunundan sonra deyib.

Kubokda mərhələ adlayan "Qarabağ” 1/4 final mərhələsində "Sumqayıt”a rəqib olub. Əmirquliyev hazırda "Sumqayıt”a qarşı oyunu yox, Avropa Liqasının qrup mərhələsinin son turunda "Fiorentina”ya qarşı keçiriləcək matçı düşündüklərini deyib: "Bizi "Sumqayıt”la oyundan öncə çətin matç gözləyir. "Fiorentina” ilə oyun ən vacib matçlardan biridir. İndi yalnız italyanlarla oyun haqda düşünürük. Həmin matçdan sonra "Sumqayıt” haqda düşünmək olar”.

Yarımmüdafiəçi bildirib ki, "Fiorentina”ya qarşı keçiriləcək oyun çox çətin olacaq: "Düzdü, çox çətin oyun olacaq. "Fiorentina” çox güclüdü. Amma futbolda möcüzələr hər zaman olur. Biz əlimizdən gələni etməyə çalışacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Əmirquliyev "Fiorentina” ilə oyundan öncə üzərilərində təzyiq olduğunu vurğulayıb: "Üzərimizdə təzyiq var. Tarix yaza bilərik. Bayaq da qeyd etdim ki, "Fiorentina” ilə oyun ən vacib matçlardan biridi. Təzyiqlərə baxmayaraq, sakit olmalıyıq, öz oyunumuzu oynamalıyıq. Yaxşı oyuna köklənmək üçün təzyiqi kənara qoymalıyıq”.

Təcrübəli futbolçu sabiq komanda yoldaşları, kapitanlığı altında oynamış ürәk tutmasından vәfat edәn Şәhriyar Xәlilov vә tәyyarә qәzasında hәlak olan Vilyan Tyeqodan da danışıb: "Çox üzüldüm. Hәr ikisinin ölüm xәbәri sarsıdıcıdır. Şәhriyar yaxın dostum idi. Allah ailәsinә sәbr versin. Nә deyim? Deyilәcәk bir söz dә yoxdur".(Qafqazinfo)