reklam
Almaniya - Azərbaycan matçının keçiriləcəyi stadion müəyyənləşdi

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Almaniya – Azərbaycan oyununun stadionu müəyyənləşib.

İdmanxəbər.com-un məlumatına görə, Almaniya mətbuatının yaydığı xəbərə görə,  qarşılaşma Kayzerslauterndə yerləşən Fritsa Valter adına Stadionda keçiriləcək. Stadion 47 500 azarkeş tutumuna malikdir.

Qeyd edək ki,  oyun 2017-ci il oktyabrın 8-də keçiriləcək.