reklam
"Qarabağ" - "Fiorentina" matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" dekabrın 8-i saat 20:00-da İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın biletləri dekabrın 5-i - sabah saat 11:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN

8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN

11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN

13 və 16 nömrəli sektorlar - 10 AZN

14 və 15 nömrəli sektorlar - 20 AZN

VİP - 50 AZN

Qeyd edək ki, "Qarabağ" – "Fiorentina" matçı dekabrın 8-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.