reklam
Millimiz "İnter"ə qalib gəldi

Millimiz "İnter"ə qalib gəldi

TARIX /

Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.

Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu Birinci Divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.