reklam

UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Fiorentina" matçına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüş üçün satışa çıxarılan biletlərdən 8 minə yaxına satılıb. Oyun gününə kimi bütün biletlərin satılacağı gözlənilir.

Qeyd edək ki, dekabrın 8-də keçiriləcək matç saat 20:00-da başlayacaq.