reklam
"Son dəqiqəyə kimi vuruşacağıq" - Rahid Əmirquliyev

"Fiorentina"nın gücündən danışmağa ehtiyac yoxdu. Bu komandanın səviyyəsi ortadadı.  Buna görə də çətin olacaq. Tarix yazmaq üçün yaxşı şansımız var. Çalışacağıq ki, xalqımızı sevindirək".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam klubunun aparıcı üzvü PAOK - "Slovan" matçının onlar üçün maraqlı olmadığını bildirib:

"Əsas olan öz oyunumuzdur. Əgər biz qalib gəlsək, heç Salonikidəki oyunun nəticəsi bizim üçün maraqlı olmaz. Buna görə də bütün diqqətimizi öz oyunumuza yönəldəcəyik. Bizə Salonikidəki matç elə də maraqlı deyil. Əsas olan öz oyunumuzdur. Oyundan sonra Salonikidəki matçın nəticəsi ilə maraqlanmaq olar. Bilirik ki, PAOK qalib gəlməsə bizə heç-heçə də sərf edər".

Əmirquliyev komandadakı itkilərdən də danışıb:

"Ciddi itkilərimiz var. Lakin onların əvəzinə meydana çıxacaq futbolçular da canını qoyacaq. Bu oyunun necə əhəmiyyətli olduğunun fərqindəyik. Buna görə də, son dəqiqəyə kimi vuruşacağıq".

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı bu gün, saat 20:00-da keçiriləcək.