reklam
"Qəbələ" Avroliqayla xalsız vidalaşır

"Qəbələ" Avroliqayla xalsız vidalaşır

TARIX /

Bu gün Avropa Liqasının qrup mərhələsində son turun oyunlarına yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizdən "Qəbələ" turnirdə cari mövsümdə son matçına çıxacaq. 

Roman Qriqorçukun başçılıq etdiyi kollektiv Almaniyada "Maynts"ın qonağı olacaq. Qrupdan çıxmaq şansı ilə yanaşı heç bir xalı olmayan "qırmızı-qaralar" sonuncu oyunda uğursuz gedişata son qoyaraq turniri major notlarla başa vurmağa, eləcə də ölkə reytinqinə xal qazanmağa çalışacaq.

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

C qrupu

22:00. “Maynts” (Almaniya) – “Qəbələ” 2:0

Qollar: Hak, 30, de Blasis 40

Baş hakim: Simon Li Evans

Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards

Əlavə köməkçi hakimlər: Brayn Markam-Cons, Nik Pratt

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)

Hakim-inspektor: Are Habiş (Estoniya)

UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Maynts. “Maynts Arena” stadionu