reklam
Divizion reallığı (LAYİHƏ)

Divizion reallığı (LAYİHƏ)

TARIX /

Azərbaycan Birinci Divizionunda klublar qış fasiləsinə yollanıb. 14 klubun mübarizə apardığı divizionda 13 turdan sonra "Turan" Tovuz" 30 xalla qış çempionu olub. Qazaxın "Göyəzən" komandası isə 13 turdan sonra cəmi 5 xal toplamaqla sonuncu pillədə qərarlaşıb.

Cari mövsümün geridə qalan turları ilə bağlı bir neçə maraqlı statistik məlumatlarla sizi yaxından tanış edirik.

91 oyun: 378 sarı vərəqə, 343 qol


Divizionun başa çatan 13 turundan sonra hakimlər baş tutan 91 oyunda ümumilikdə 378 sarı vərəqə göstərib. Bu da hər oyuna orta hesabla 5 sarı vərəqə deməkdi.

Hakimlərin əlini cibinə atmadığı oyunların sayı isə hələlik 2-dir. "Energetik" - "Qaradağ Lökbatan" və "Turan Tovuz" - Göyəzən" oyunlarında heç bir futbolçu cəzalanmayıb.

Divizionda qol baxımından məhsuldarlıq sarı vərəqələrin sayı qədər olmasa da, az da deyil. 91 oyundan sonra qapılara 343 qol vurulub. Bu da hər oyuna ən azı 3 qol deməkdi. Maraq üçün qeyd edək ki, ən çox qolun qeydə alındığı matç "Səbail" - "Bakılı" (11:3) görüşü olub - 14 qol.

Geridə qalan turlar ərzində ümumilikdə 27 dəfə hakimlər futbolçuları meydandan qovub. 13 turdan sonra göstərilən qırmızı vərəqələrin sayı 27-di.

2016/2017 mövsümündə ilk qırmızı vərəqə alan futbolçu MOİK-in üzvü Müşfiq Teymurovdu. Sözügedən futbolçu "Səbail"lə görüşdə meydandan qovulmaqla bu mövsümdə ilk dəfə hakimin qəzəbinə tuş gələn futbolçu olub. Teymurov həm də geridə qalan turlar ərzində ən çox meydandan qovulan futbolçudu - 2 dəfə.

Penalti üzü görməyən 3 komanda


13 turdan sonra qapılara ümumilikdə 27 penalti təyin olunub. Ən çox penalti şansı qazanan komandaların siyahısına "Qaradağ Lökbatan" başçılıq edir - 4 penalti. 

Mövsümün ilk penaltisini boşa verən komanda isə "Ağsu"du. Belə ki, komanda cari mövsümdə bir penalti şansı qazanıb ki, bu da qolla nəticələnməyib.

Divizionda mübarizə aparan 14 komandadan yalnız 3-ü penalti vurmaq şansı əldə etməyib. Bunlar MOİK, "Energetik" və "Şərurspor"du.

Ümumilikdə isə sıralama bu formadadı.

"Qaradağ Lökbatan" - 4 penalti

"Zaqatala" - 3 penalti

"Səbail" - 3 penalti

"Turan Tovuz" - 3 penalti

“Göyəzən” – 3 penalti

“Şahdağ” – 3 penalti

“Şəmkir” – 3 penalti

“Bakılı” – 2 penalti

“Rəvan”, “Mil Muğan”, “Ağsu” - Hərəyə 1 penalti

Səxavət QURBANOV

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".