reklam
Avrokubokların təqvimi müəyyənləşdi

Avrokubokların təqvimi müəyyənləşdi

TARIX /

Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi avrokuboklarda təmsil edəcək ən güclü 4 klubumuz – Azərbaycan Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-da öz rəqiblərini tanıyacaq. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar və Avropa liqası yarışlarının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.

Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Çempionlar Liqası yarışlarının ilk mərhələsinin oyunlarına gələn il iyunun 27-28-də start veriləcək. Avroliqa isə iyunun 29-da başlayacaq.

Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq.