reklam
Azarkeşlər "Qəbələ" və "Neftçi"ni ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, icasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin 2 oyununda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.

“Qəbələ” – AZAL  matçında “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçının 30-cu dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.