reklam
AFFA-dan danışılmış oyunlarla bağlı yeni qərarlar: 2 oyunçu cəzalandı

AFFA adı danışılmış oyunlarda hallanan daha 2 futbolçunu qurumun bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda AFFA İntizam Komitəsinin bugünkü iclasında qərar verilib.

Qərarda bildirilir ki, UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir. Müvafiq komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən aşağıda adı göstərilmiş şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:

“Şahdağ” (Qusar)

1.    Uce Cukunyere

“Energetik” (Mingəçevir)

1.    Ruslan Həmidov

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin  22 noyabr 2016-cı il tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalır:

“Şahdağ” (Qusar)

1.    İqrar Səmədov

2.    Rafael Kübərov (İnzibatçı)

“Rəvan” (Bakı)

1.    Elvin Əliyev

2.    Cəmşid Məhərrəmov

“Göyəzən” (Qazax)

1.    Arzuman Vəliyev

2.    Tunar Şahtaxtinski

“Energetik” (Mingəçevir)

1.    Elvin Əlizadə

2.    Kamran Lalayev

Hakim

Anar Niyazov

Aşağıda adı göstərilmiş şəxslər barədə AFFA-nın İntizam Komitəsinin  22 noyabr 2016-cı il tarixli qərarı qüvvədən düşmüş sayılır:

“Şahdağ” (Qusar)

1.    Kamran Ağakərimov

2.    Tofiq Şəfiyev

3.    Mahiddin Ağamov  

4.    Faik Ağakərimov

“Rəvan” (Bakı)

1.    Əkbər Əhmədov

2.    Fərid Ağayev

3.    Mirqasım Cabbarlı

4.    Omid Masumi

5.    Fərid Quliyev

“Bakılı” (Bakı)

1.    Bəhram Bəhramzadə

2.    Xəzər Qəribov

“Göyəzən” (Qazax)

1.    Orxan Əsgərov

“Energetik” (Mingəçevir)

1.    Orxan Əlibalayev

“Şərurspor” (Bakı)

1.    Mehdi Rəsulov

2.    Samir Musayev

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və  danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.