reklam

Yaponiyada keçirilən Klublarası Dünya çempionatında ilk finalçı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, ilk yarımfinal oyununda Kolumbiyanın “Atletiko Nasional” klubu Yaponiyanın “Kasima Anlers” klubu ilə qarşılaşıb. Görüş "Kasima Anlers"in 3:0  hesablı qələbəsi ilə başa çatıb.

Yaponiya klubunun həlledici qarşılaşmadakı rəqibi bu gün keçiriləcək “Amerika” (Meksika) - “Real” (İspaniya) matçından sonra müəyyənləşəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 14:30-da start götürəcək.