reklam
"Barselona" Suareslə yeni müqavilə imzaladı

"Barselona" futbolçusu Luis Suareslə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, uruqvaylı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən, Suaresin təzminat qiymətinin 200 milyon avro olduğu açıqlanıb.

Qeyd edək ki, L.Suares indiyə kimi "Barsa"da 116 rəsmi oyunda 97 qol vurub.