reklam
"Neftçi" - AZAL oyununun yeri dəyişdirildi

"Neftçi" - AZAL oyununun yeri dəyişdirildi

TARIX /

Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – AZAL oyununun  məkanı dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, “Bakcell Arena”da deyil, “Dalğa Arena”da reallaşacaq. Buna səbəb “Bakcell Arena”nın ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.

Odur ki, Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən “Neftçi” – AZAL matçının “Dalğa Arena”da keçirilməsinə razılıq verib. Qarşılaşma sabah saat 16:00-da “Dalğa Arena”da start götürəcək.