reklam
Roman Qriqorçuk: "Bu, ustalığın göstəricisidir"

Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, ukraynalı mütəxəssisin oyunun ağır keçdiyini bildirib:

“Qalib gəlib, 3 xal qazanmağımızdan razı qaldıq. Bu 3 xalı ağır oyunda əldə etdik. Meydanda çox şey baş verirdi. Qələbəmizə mane olan məqamlar var idi. Lakin qələbə qazana bildik. Futbolçularıma təşəkkür edirəm. Gözəl oyun nümayiş etdirdilər. Qələbəmiz tam qanunauyğun idi. Artıq növbəti oyuna AZAL-la kubok matçına hazırlaşa bilərik. Bu dəfə əvəzetmələri tez gerçəkləşdirməyimiz səbəbsiz deyildi. Filip Ozobiçin əzələsində ağrılar var idi. Hətta fasilədə onun özündən matçı davam etdirə biləcəyini soruşdum. Bu üzdən onu tez əvəzlədik. İmkanlardan istifadə ilə bağlı daim futbolçularla danışırıq. AZAL-la qarşılaşmadan sonra azı 10 qol imkanını qaçırdığımızı demişdim. Təkrara baxanda bu rəqəmin daha böyük olduğunu gördüm.

Təkcə Sergey Zenyov 7 qol vura bilərdi. Məhz bunun da üzərində çalışacağıq. Çünki bu amil önəmlidir. Bu, ustalığın göstəricisidir. Bugünkü “Qarabağ”  - “İnter” oyununun necə olacağını deyə bilmərəm. Bu görüş hələ heç nə demək deyil. Hər iki komanda ilə qarşıda oyunlarımız var. Bizim üçün də vacib olan bu qarşılaşmalardır. Çempionatın yarısı hələ qarşıdadır”.