reklam
14 turun mənzərəsi: Əliyar Ağayev liderdi, "Zirə" isə toxunulmaz (LAYİHƏ)

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümündə klublar qış fasiləsinə yollanıb.

İdmanxeber.com-un məlumatına görə, 14 turdan sonra son çempion "Qarabağ" "qış çempionu" kimi fasiləyə yollanan komanda olub.

Cari mövsümün geridə qalan turları ilə bağlı bir neçə statistik göstərici ilə sizi yaxından tanış edirik:

14 turdan sonra Premyer Liqanın cari mövsümündə penalti vurmayan komandaların sayı 2-di. Bunlar AZAL və "Neftçi"di. Sözügedən komandaların lehinə geridə qalan turlarda penalti təyin olunmayıb.

14 turdan sonra ən çox penalti vuran komanda isə "

2016/2017 mövsümündə ilk penalti 2-ci tura təsadüf etdi. Sözügedən turun “Qəbələ” – “İnter” görüşündə qonaqların xeyrinə penalti təyin olunsa da, Nika Kvekveskiri qeyri dəqiq oldu. Bununlada mövsümün ilk penaltisi boşa çıxdıb.

Ən çox penalti vuran komanda "Zirə", ən çox penalti ilə cəzalandırılan klub isə AZAL-dı. 

Bundan başqa 14 turdan sonra "Qarabağ", "Sumqayıt" və "Zirə" penalti ilə cəzalanmayan komandalardı. AZAL isə geridə qalan turlar ərzində penalti vurmayan yeganə kollektivdi.

"Qarabağ"

Lehinə: 1 penalti

Əleyhinə: _____

"İnter"

Lehinə: 3 penalti

Əleyhinə: 3 penalti

"Kəpəz"

Lehinə: 1 penalti

Əleyhinə: 1 penalti

"Zirə"

Lehinə: 4 penalti

Əleyhinə: _____

AZAL

Lehinə:  _____

Əleyhinə: 5 penalti

"Neftçi" 

Lehinə: 2 penalti

Əleyhinə: 1 penalti

"Qəbələ"

Lehinə: 2 penalti

Əleyhinə: 3 penalti

"Sumqayıt"

Lehinə: 2 penalti

Əleyhinə: _____

Geridə qalan turlar ərzində ən çox penalti təyin edən hakim isə Əliyar Ağayevdi. Ağayev 2 dəfə "İnter"in, 2 dəfə "Qəbələ"nin, 1 dəfə isə "Kəpəz"in lehinə penalti verib. İkinci pillədə isə Rəhim Həsənov qərarlaşıb. 

Ümumilikdə isə siyahı aşağıdakı kimidi:

Əliyar Ağayev: 5 penalti

Lehinə: “İnter” (2 dəfə), “Qəbələ” (2 dəfə), “Kəpəz” (1 dəfə)

Əleyhinə: AZAL (2 dəfə), “Kəpəz” ( 2 dəfə), “Qəbələ” (1 dəfə)

Rəhim Həsənov: 3 penalti

Lehinə: “Zirə” (1 dəfə), “Sumqayıt” (1 dəfə), “Qarabağ” (1 dəfə)

Əleyhinə: “Neftçi” (1 dəfə), “Qəbələ” (2 dəfə)

Rauf Cabbarov: 2 penalti

Lehinə: “İnter” (1 dəfə), “Zirə” (1 dəfə)

Əleyhinə: “Qəbələ” (1 dəfə), AZAL (1 dəfə)

Ömər Paşayev: 1 penalti

Lehinə: “Kəpəz” (1 dəfə)

Əleyhinə: “İnter” (1 dəfə)

Fariz Yusifov: 1 penalti

Lehinə: “Zirə” (1 dəfə)

Əleyhinə: AZAL (1 dəfə)

İnqilab Məmmədov: 1 penalti

Lehinə: “Zirə” (1 dəfə)

Əleyhinə: “Kəpəz” (1 dəfə)

Rəvan Həmzəzadə: 1 penalti

Lehinə: “Neftçi” (1 dəfə)

Əleyhinə: “İnter” (1 dəfə)

Ramil Diniyev: 1 penalti

Lehinə: AZAL (1 dəfə)

Əleyhinə“Sumqayıt” (1 dəfə)

Səxavət QURBANOV

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyləşdirilir".