reklam

Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunu çərçivəsində reallaşan “Kəpəz” – “İnter” oyunundan sonra mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağı belə danışıb: “Gözlədiyimiz kimi gərgin oyun oldu. Meydanda bir komanda vardı, o da “Kəpəz” idi. Hücumlar təşkil edirdik, amma meydançanın vəziyyətinin ideal olmaması yaradıcı futbol göstərmək üçün problemlər yaradırdı. Futbolçulardan, komandamdan razıyam. Son matçlarda futbol adına heç kimə uduzmuruq. Bu günkü qarşılaşmada bir qol lazım idi ki, ardı gəlsin. “İnter”i təbrik edirəm, heç bir komponentdə onlardan geri qalmadıq. Kubokda mübarizəni dayandırmağımız bəlkə də çempionata köklənmək üçün yaxşı oldu. Avropa Liqasına vəsiqə verən yer uğrunda Premyer Liqada mübarizəmizi davam etdirəcəyik”.