reklam
Qurban Qurbanov: "Ağır bir ili birlikdə geridə qoyduq"

"Qarabağ" Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində səfərdə "Sumqayıt"ı 5 - 2 hesabıyla məğlub edib. İlk görüşdə də 6 - 0 hesabıyla qalib gələn Ağdam təmsilçisi yarımfinala vəsiqə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib:

"Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".