reklam
"Qarabağ"ın məşqçisi cəzalandırıldı

"Qarabağ"ın məşqçisi cəzalandırıldı

TARIX /

AFFA-nın İntizam Komitəsi "Qarabağ"ın məşqçisi Ruben Sellesi cəzalandırıb.

İdmanxeber.com-un məlumatına  görə, buna Topaz Premyer Liqasının XIV turunda "İnter"lə oyunda (0:0) R.Sellesin texniki zona qaydalarını pozması səbəb olub.

Məşqçiyə bir oyunluq cəza verilib. Bundan başqa, klub 800 manat məbləğində cərimələnib